Almaniyada təhsilin üstünlükləri

Almaniya dünyada tələbələrin ən çox seçdiyi 3-cü ölkədir. Dünyada işəgötürənlər tərəfindən alman təhsilli işçilər daha çox rəğbət görürlər.

  1. Dünyanın hər yerində tanınan təhsil. Alman təhsili dünyanın ən yaxşılarındandır.
  2. Hər sahədə təhsil proqramları. Almaniyada 450 dövlət statuslu universitetdə müxtəlif dərəcələrdə (bakalavr, master, doktor) təxminən 17.500 təhsil proqramı var. Universitetlər əsasən müxtəlif sahələrdə elmi yönümlü təhsilə fokuslanır. Tətbiqi elmlər universitetləri isə (Universities of applied science) təcrübə yönümlü təhsilə fokuslanır.
  3. İngiliscə təhsil. Alman dilini bilmirsinizsə ingiliscə təhsil ala bilərsiniz. Almaniyada çox sayda (xüsusilə master dərəcəsində) ingiliscə proqramlar vardır.
  4. Dünyanın hər tərəfindən gələn dostlar qazanacaq və bir çox ölkələrin mədəniyyətləri ilə tanış olacaqsınız. Universitetlərdə xarici tələbələrə dəstək və yardım üçün xüsusi ofislər var.
  5. Aşağı təhsil haqqı. Almaniya universitetləri dövlət tərəfindən maliyyələşdirildiyi üçün universitetlərdə təhsil haqqı yoxdur. Özəl universitetlərin təhsil haqqi isə 5 min 25 min euro arası dəyişməkdədir.
  6. Münasib yaşayış xərcləri. Almaniyada yaşayış xərcləri Avropa yaşayış xərclərinin ortalamasına bərabərdir. tələbələr sadəcə tələbə kartlarını göstərməklə bir çox yerlərdə tələbə güzəştlərindən yararlana bilərlər.
  7. Təqaüd proqramları. Yaxşı akademik göstəriciləriniz varsa təqaüd qazanma şansınız da var. DAAD Almaniyanın və dünyanın ən böyük təqaüd təşkilatlarından biridir. Burada siz ölkənizdən, universitet və proqramdan asılı olamayaraq ehtiyaclarınıza uyğun təqaüd tapa bilərsiniz.
  8. Güvənli ölkə. Almaniya dünyanın ən güvənli ölkələrindəndir. İstənilən vəziyyətdə polislərə etibar edə bilərsiniz. Şəhərdə və ya kənddə yaşamağınızdan asılı olmayaraq gecə və gündüz küçələrdə rahat və güvənlə gəzə bilərsiniz.
  9. Alman dilini öyrənmək sizə bir çox qapılar açacaq. Alman dili dünyada ən çox danışılan 10 dildən biridir. Dünyada təxminən 185 milyon insan almanca danışa bilir. Alman dilini bilmədən də Almaniyada təhsil ala bilərsiniz. Lakin alman dilini öyrənmək həm sizin oradakı yaşayışınızı asanlaşdıracaq, həm də gələcəkdə karyeranıza böyük təsir edəcək. CV-də ingilis dili ilə yanaşı alman dilinin də olması işəgötürənlərin diqqətini çəkir.

Öyrənə biləcəyiniz dillər : Alman dili və İngilis dili

Əhəmiyyətli qeydlər

Xaricdən gələn tələbələrin Almaniyada oxuya bilmələri üçün universitetlər tələbənin müraciətini dil imtahanında əldə etmiş olduğu nəticəyə görə qiymətləndirir. Universitetlər fərqli dil imtahanı tələb edə bilərlər. Amma ümumi olaraq “TestDaF”, “DHS”, və Höte İnstitutunun “ZOP”, “KDS” və “GDS” adlı imtahanlarını müvəfəqiyyətlə keçmiş olmaq, bütün universitetlər tərəfindən qəbul edilir. Bu imtahanlarla yanaşı, gəldiyi ölkədə cəmi 11 il və ya daha qısa müddətdə təhsil alan tələbələrin ən az bir il getməsi lazım olan bir təhsil qurumu olan “Studienkolleg” məktəblərinin Alman dili imtahanını müvəffəqiyyətlə keçmiş olmaq da, dil şərtlərini yerinə yetirmə mənasını verir. Universitetlər müraciət üçün lazım olan diplom və sənədlərin uygun olub olmamasına özləri qərar verirlər. Hər müraciət yalnız bir ixtisas üçün etibarlıdır. Ixtisas dəyişdirmək, ya da fərqli bir ixtisasa müraciət üçün eyni prosedura təkrar tətbiq olunur.

Qeyd: Almaniyada alman dilində təhsil almaq istəyən azərbaycanlı tələbə orada 1 il hazırlıq kursu oxumalidir. Universitetə daxil olmayan şəxslər viza ala bilməz.

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz. (link)