Amerikada təhsilin üstünlükləri nələrdir ?

  • Dünyanın ən yaxşı 50 universitetindən 20-si Amerikadadır.
  • 4000 dən yuxarı universitet içində özünüzə ən uyğununu seçə bilərsiniz.
  • TOEFL testindən əldə edəcəyiniz yüksək nəticə sizə edirim alma imkanı yaradır.
  • İngiliscənizin yüksək olduğunu sübut edərək TOEFL-a ehtiyac olmadan universitetə başlayabilərsiniz.
  • Amerika universitetlərindən birində alacağınız diplomun beynəlxalq etibarlılığı olacaqdır.
  • Universitet və ya magistratura təhsilindən sonra Amerikada işləyəbilərsiniz.
  • Community College adlanan ali məktəblərdə təhsil 2 ildir və bu məktəblərdən universitetə keçid çox asandır.
  • Amerikada bütün universitetlərdə təhsil dili ingilis dilidir.

Universitet Xərcləri:

  • Univeristet (ilk 100-200) illik 25000 $ – 40000 $
  • Universitet (orta keyfiyyət) illik 15000$ – 20000 $
  • Community College illik 8000$ – 10000 $

Tələb olunan sənədlər:

  • Sənədlər ingilis dilində hazırlanmalıdır.
  • Müraciət olunan bölümə uyğun IELTS, TOEFL, SAT və ya ACT nəticələrindən hər hansı biri;
  • Diplom və rəsmi şəhadətnamə transkripti;
  • Müraciət etdiyiniz təhsil mərkəzini niyə seçdiyinizi açıqlayan motivasiya məktubu;
  • Referans-tövsiyə məktubları (3 ədəd) – Bu məktubları son iki ildə dərsini aldığınız müəllimlərdən almanız tövsiyə olunur;
  • Maliyyə vəziyyəti haqqında sənəd:
  • Təhsil xərclərini qarşılaya biləcəyinizə dair  hesabınızda olan məbləği (dollarla) göstərən Bank arayışı. Bu məbləğ təhsil mərkəzlərinə görə dəyişir, lakin 15000 dollardan az olmamalıdır;
  • Bank hesabı yoxdursa təhsil xərclərinizi ödəməyi öz üzərinə götürən şəxs (ailə üzvlərindən biri) və yaxud təhsil xərclərinizi ödəməyi öz üzərinə götürən şirkət və ya qurum bu barədə sənəd hazırlayaraq imzalamalıdır.

Qeyd: Bu sənədlər bir çox universitetə müraciət etmək üçün kifayətdir, lakin bəzi universitetlər əlavə sənədlər tələb edə bilər.

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz. (link)