Bugünkü bloq yazımızda dünyanın Top Universitetləri olan Amerikada Harvad, İngiltərədə Oxford, Cambridge Universitetlərində tələb olunan qəbul şərtləri haqda sizlərə məlumat vermək istəyirəm. Bu universitetlərin qəbulu olduqca rəqabətli keçdiyi üçün Azərbaycandan orta hesabla ildə 2-3 tələbə qəbul ola bilir.

Unutmayın bu universitetlərdə təhsil almaq üçün oxuduğunuz orta məktəb ərzində fəaliyyətləriniz həm təhsil həm sosyal aktivlik olduqca önəmlidir.

Dünyanın TOP Universitetlərinə qəbul olmaq üçün hansı imtahanları vermək lazımdır?

1. SAT imtahanı 1500 + bal toplamanız lazımdır. Çalışın math hissəsi yüksək olsun. Əgər imkan varsa SAT Subject test verin.

2. Dil sertifikatı –  Amerika üçün Toefl 90+, İngiltərə üçün İELTS 7 +

3. Motivasiya məktubu – Universitetə müraciət zamanı ən həssas nöqtədir. Motivasiya məktubunun yazılmasında yardım edəcəyik.

4. Staj – müraciət edəcəyiniz sahə üzrə qısada olsa iş stajı keçməniz önəmlidir. Bu həm ödənişli həm könüllü formada ola bilər.

5. Essay – Gələcək karyera planlarınız, tələbəlik həyatı və s haqda yazacağınız geniş məlumatlar toplusudur. Öz ideyalarınız, layihələriniz və startup haqqında yaza bilərsiniz.

6. Sertifikatlar – Bu hissədə istirak etdiyiniz layihələr və tədbirlərin sertifikatı lazımdır. Çalışın iştirak etdiyiniz mövzu sizin seçim etdiyiniz ixtisasa uyğun olsun.

7. Olipiada nəticələri – məktəb vaxtında mütləq şəkildə beynəlxalq fənn olimpiadalarında istirak edin. Bu məsələdə sizə köməklik edə bilərəm.

Əgər sizdə dünyanın TOP Universitetlərinə qəbulda Koçing xidmətimdən yararlanmaq istəyirsinizsə müraciət edə bilərsiniz. Sənədləşmə və s işlərdə biliyimlə qeydiyyatınızı maksimum şəkildə peşəkarlıqla edə bilərik.

Hasan Aliyev

+994505243315
instagram     studyabroadcoordinator

Dünyanın tanınmış universitetləri olan Oxford, Cambridge, Harvad Universitetlərində təhsil almağın yolları

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.