Türkiyənin ən böyük şəhəri olan İstanbulda təhsil almaq istəyən tələbələrin sayı olduqca çoxdur. İstanbulda xarici tələbə qəbulunu həyata keçirən 40-a qədər universitet var. Türkiyədə təhsil almaq istəyən tələbələrin istanbulda təhsili seçməsinin əsas səbəbi güclü universitetlərin olması, iş imkanlarının çox olmasıdır.
İstanbulda təhsil haqqı nə qədərdir?
– İstanbulda təhsil haqqı bakalavr pilləsi üzrə 1500 dollardan. İstanbulda magistratura isə 750 dollardan başlamaqdadır.
İstanbulda hansı ixtisaslar üzrə təhsil almaq olar?
– İstanbulda sizlər tibb, memarlıq, mühəndislik, dil ədəbiyyat, hüquq, iqtisadiyyat fakültələrinin ixtisaslarında təhsil ala bilərsiniz.
İstanbulda təhsil almaq üçün imtahan lazımdırmı?
– istanbulda dövlət universitetlərində təhsil almaq üçün YÖS və ya SAT imtahan nəticəsi tələb olunur. Lakin özəl universitetlər qəbulu attestatla həyata keçirir.
İstanbulda bakalavr təhsili müddəti 4 il, magistratura ixtisasları isə 1, 2 illik programlar təklif edir.
İstanbulda təhsil alan zaman tələbələr harda qalır?
– İstanbulda təhsil alan tələbələrin yaşam üçün 2 şansı var. Ya tələbə yataqxanasında və ya kirayə evdə. Hər ikisinin qiyməti demək olarki eynidir. Ortalama yaşam üçün 200-300 dollar xərc tələb olunur.
İstanbulda təhsil almaq istəyirsinizsə qəbul və sənədləşmə prosesi ilə əlaqədar. UCSAS Xaricdə Təhsil Mərkəzinə (link) müraciət edə bilərsiniz.
İstanbulda Təhsil