Əgər siz pribaltika ölkəsi olan Latviyada təhsil almağı düşünürsünüzsə təbiiki təhsil xərcləri maraqlıdır.

Qısa olaraq sizə təhsil xərclərini qeyd edək.

  1. Universitetin təhsil haqqısı –  universitetə və ixtisasa görə dəyişir. 2 min euro civarı düşünün. Təbiiki bir çox universitetdən endirim alacağıq. Əgər Latviyada tibb təhsili almaq istəsəniz illik təhsil haqqı 10-12 euro olacaqdır. Latviyada ən bahalı ixtisas tibb ixtisasıdır və 11 illik attestatla qəbul ola bilərsiniz.
  2. Yol xərcləri – Təxminən Azərbaycandan Latviyaya yol xərciniz 200 euroya başa gələcək daha ucuzda bilet tapa bilərsiniz. Latviyada təhsil aldığınız müddətdə tələbə şəhər daxili nəqliyyata 16 euro verərək tələbə kartı alıb 1 aylıq limitsiz istifadə edə bilərsiniz. Latviyada təhsil aldığınız zaman vizasız olduğu üçün tətil zamanlarında diğər avropa ölkələrini gəzmək istəyəcəyinizə əminəm) Amma narahat olmayın avropa daxili uçuşlar çox ucuzdur təxminən 40 euroya Norveçə uça bilərsiniz.
  3. Sığorta xərci – Latviyaya getdikdə mütləq şəkildə vizaya müraciət edən zaman səfər sığortası 1 aylıq almalısınız. Bu sizə sadəcə bir dəfə lazım olacaq qiyməti isə 60 euro təşkil edir. Latviyaya çatdıqda isə sağlıq sığortasını hər tələbə almalıdır. Bununsa qiyməti illik 50 euro təşkil edir.
  4. Yataqxana və ya kirayə ev xercləri – Riga şəhərində yataqxanada iki nəfərlə qalsanız 120-180 euro arası bir məbləğ ödəyəcəksiniz. Yox tək qalsanız bu qiymət 200-270 euro olacaqdır. İngiliscə bilməyən tələbələrin dil biliklərini artırması üçün iki nəfərlik otaqda xarici vətəndaşla qalmasını məsləhət görərdim. Unutmayın Latviya vizasına müraciətdən öncə yataqxana seçilməli və müqavilə imzalanmalıdır.
  5. Yemək xərcləri – yemək zövqləri müxtəlif oluğu üçün dəqiq qiymət deyə bilmərəm) amma aylıq 100 euro ilə normal yaşamaq olur. Evdə yemək bişirə bilməyənlər üçün ideal imkan var çünki restoranlar olduqca ucuzdur və evdə yemek bişirsəniz eyni xərcə başa gələcək.

Qəbul və sənədləşmə işləri üçün daim mənimlə əlaqə saxlaya bilərsiniz. (050) 524 33 15 whatsappdan da suallarınızı yaza bilərsiniz. Sizə təhsil həyatınızda uğurlar arzu edirəm )

Latviyada təhsil xərcləri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir