Niyə Macarıstan?

  • Avropa Birliyi və dünyanın digər ölkələrindən tələbələrin universitet təhsili üçün üstün tutduğu önəmli ölkələrdən biridir;
  • Macarıstan Avropa ölkələri arasında ən yaxşı təhsil verən 5 ölkədən biridir;
  • Bakalavr təhsili 3 illikdir;
  • Təhsil dili ingilis və macar dilləridir;
  • Macarıstanda məzun olduqdan sonra xarici tələbələr 1 il işləmək və yaşamaq hüququna malikdirlər.
  • Macarıstan universitetlərində bir yarımil oxuduqdan sonra universitetlərarası Erasmus və Sokrates tələbə dəyişimi proqramları vasitəsilə Avropanın hər hansı bir ölkəsində ödənişsiz universitet təhsili almaq imkanı.

Təhsil və yaşayış xərcləri

  • Təhsil haqqı: universitet və fakültədən asılı olaraq illik €3.000-11.000
  • Yaşayış xərcləri: ortalama €600

Əməkdaş universitetlər

  • University of Debrecen – Beynəlxalq dərəcədə tanınmış və prestijli bir universitetdir. Tibb sahəsində çox məşhurdur. Tibbdən əlavə Mühəndislik, İdarəetmə, Sosial Elmlər, Humanitar Elmlər və digər bir çox sahələrdə təhsil verir.
  • Corvinus University of Budapest – Akademik uğurları, beynəlxalq akademik bağlantıları ilə dünyada tanınmış, Macarıstanda isə yüksək səviyyəli universitetlərdən biridir. Beynəlxalq İdarəetmə, Sosiologiya, Qida Mühəndisliyi və digər sahələrdə təhsil ala bilərsiniz.
  • University of Szeged – Macarıstan və Orta Avropanın ən önəmli universitetlərindən biridir. Tibb sahəsində çox məşhurdur. Tibbdən əlavə Kənd Təsərrüfatı, İncəsənət, İqtisadiyyat və Biznes Adminstrasiyası, Musiqi, Elm və İnformatika sahələrində təhsil ala bilərsiniz.