Əziz tələbələr bugün sizlərə Avropanın ən gözəl ölkələrindən biri olan Montenegroda təhsil haqqında qısa məlumat verəcəyik. Montenegro son zamanların ən ço turist cəlb edən ölkəsidir Avropalı turistlərin və Türklərin bu ölkəni seçməsinin səbəbi olduqca ucuz qiymətlərin olmasıdır.

Montenegronun ən böyük üstünlüyü Azərbaycanlılar üçün viza istəməməsidir. Bu əla fürstətdir məncə)

İlk öncə bilməyiniz lazım olan şərtlərdən biri Montenegroda təhsil sistemi Azərbaycan təhsil sistemi ilə eynidir. Yəni bakalavr 4 il magistr 2 ildir.

Montenegronun dövlət dili serbce amma ən çox istifadə olunan dil ingiliscədir.

Montenegroda 1 dövlət 2 özəl olmaqla 3 universitet fəaliyyət göstərir və bu universitetlər avropa birliyi diplomu verməkdədirlər. Bundan əlavə Montenegroda Kanadanın və Amerika universitetlərinin də filialları movcuddur. Bir sonrakı yazımızda bu haqda yazacağıq.

Montenegroda istər bakalavr istərsə də magistr təhsilini həm ingiliscə həmdə serbcə oxuya bilərsiniz. Təbiiki ingiliscə təhsili məsləhət görərdim.

Qəbul şərtləri? Montenegro universitetlərinə qəbul üçün bakalavr pilləsi üzrə attestatınızın və magistr pilləsi üzrə bakalavr diplomunuzun olması kifayətdir. Təbiiki dil sertifikatınız olmazsa bir il hazırlıq keçəcəksiniz)

Montenegroda yerləşən universitetlər.

  • Monteneqro Universiteti
  • Universitet Donja Gorica
  • University Mediteran

Montenegro Universitetlərinin təhsil haqqısı Avropada ən ucuz təhsili verən ölkədir deyə bilərik) universitetlərin illik təhsil haqqısı 750-1800 euro arası dəyişməkdədir.

Montenegroya Bakıdan birbaşa uçuş yoxdur İstanbul üzərindən gedə bilərsiniz. Təxmini yol xərciniz 500-700 azn olacaq.

Montenegroda yaşam xərcləri? Bu ölkə yenədə yaşam üçün çox münasibdir. Podqorisa və Budva şəhərlərində 200-300 euroya kirayə ev tutub tələbə yoldaşınızla rahat qala bilərsiniz. Eyni zamanda aylıq 150 euroya yataqxanalarda mövcuddur.