Dünəndən etibarən Türkiyənin YÖK yəni Yüksek Öğretim Kurumu yeni qərar verdi. Bu qərara əsasən Türkiyənin bütün dövlət və özəl universitetləri MYÖS imtahanı ilə yəni Merkezi Yabancı Öğrenci Sınavı ilə tələbə qəbulunu həyata keçirəcək.Yəni MYÖS imtahanını dövlət mərkəzləşmiş halda həyata keçirəcək artıq universitetlər öz YÖS imtahanını etməyəcək. MYÖS imtahanını Türkiyənin ÖSYM qurumu tərəfindən bir çox ölkələrdə 2022-2023 cü tədris ilində olması planlaşdırılır.

Sual yarana bilər bəs necə oldu ki MYÖS imtahanı yarandı? 2010 cu ilə qədər Türkiyənin bütün universitetlərinin YÖS imtahanı bir mərkəzdən ibarət idi. Tələbə imtahana girib balını toplayırdı daha sonra isə balına uyğun olaraq ixtisas və universitet seçimi edərək qəbul olurdu. Lakin 2010 cu ildən etibarən YÖS imtahanı ləğv olundu və qəbul prosesini aparmaq universitetlərin öz ixtiyarına buraxıldı. Bəzi universitetlər beynəlxalq imtahan nəticəsi və ya diplomlarla qəbul apardı məsələn Koç, Sabancı, ODTÜ, Hacettepe, Boğaziçi kimi prestijli universitetlər SAT, İB balına uyğun qəbul etmə qərarı aldı. İstanbul universiteti, Ege, 19 mayıs. Marmara, Uludağ kimi universitetlər isə özlərinin fərdi qaydada həyata keçirdiyi YÖS imtahanı ilə qəbul apardılar. Kənar şəhərlərdə yerləşən İğdır, Kütahya, Siirt, Batman kimi universitetlər isə sadəcə attestatla tələbə qəbulunu həyata keçirməyə başladılar. Artıq son 2 gündür çıxan yeni qərar demək olarki 2010 cu ilə qədər olan Merkezi Yabancı Öğrenci Sınavının eynisini yəni MYÖS – ü yaradıldı. İndi isə MYÖS haqqında olan yenilikləri sizin diqqətinizə çatdıraq.

Bəs sual ola bilər MYÖS imtahanı nədir?

  • Bu barədə hələki detaylı bir açıqlama gəlməyib lakin köhnə təcrübəyə əsasən demək olarkı riyaziyyat, məntiq və həndəsədən ibarət 80 və yaxud 100 suallıq bir imtahan olacaq. Digər fənnlərin olub olmaması haqda hələki bir məlumat yoxdur.

MYÖS imtahanını diğər YÖS imtahanlarından başqa nə kimi fərqi var?

  • MYÖS imtahanı diğər YÖS imtahanından fərqli olaraq türk, ingilis, rus, ərəb, fransız, alman dilləri seçimi olacaq və tələbə istədiyi dildə MYÖS imtahanını verə biləcək.

MYÖS imtahanı ilə qəbul necədir?

  • MYÖS imtahanı ilə bağlı tam detaylı məlumatı önümüzdəki günlərdə daha ətraflı izahat verəcəyik çünki hələki məlumatlar çox azdır. Elan edilən məlumatlara əsasən tələbə Türkiyənin istər dövlət istərsədə özəl universitetlərində tibb, diş həkimliyi, eczaçılıq, hüquq, müəllimlik, mühəndislik kimi fakültələrdə oxuması üçün mütləq MYÖS imtahanı verməlidir. Lakin digər ixtisaslara SAT, İB, Abitur, DİM, attestat nəticələri ilə qəbul ola bilər.

MYÖS imtahanları hansı tarixlərdə olacaq və ildə neçə dəfə olacaq?

  • Bu barədə hələki dəqiq bir məlumat yoxdur və yaxın günlərdə olacaq. Çox böyük ehtimal imtahan iyun – iyul – avqust aylarında həyata keçiriləcəkdir. Və MYÖS imtahanına giriş ödənişli olacaq.

Ən çox verilən suallardan biridə MYÖS 2022-2023 cu tədris ilinə şamil olunacaqmı? bəli, elan edilən məlumata əsasən MYÖS imtahanı bu ilə şamil olunacaq.

Bəzi tələbələr düşünə bilərki mən 2021 ci il noyabr ayında SAT imtahanı vermişəm bu il Türkiyəyə MYÖS imtahan nəticəsi olmadan qəbul ola bilərəmmi ? xeyr imtahan tarixindən asılı olmayaraq siz sadəcə SAT imtahanı ilə qəbul ediləcək olan ixtisaslara sənəd verə bilərsiniz. MYÖS imtahanı ilə qəbul olunacaq ixtisaslara sənəd verə bilməzsiniz.

MYÖS imtahanı verdikdən sonra Türkiyədə türk dilində yoxsa ingilis dilində təhsil alacam? MYÖS imtahanı ilə siz hər iki dildə təhsil ala bilərsiniz. Lakin təhsilinizi türk dilində davam etdirmək istəyirsinizsə TYS (Türkçe Yeterlilik Sınavı) yox ingiliscə davam edəcəksinizsə Toefl imtahanı da verməlisiniz. Əgər qəbuldan sonra dil imtahanını verə bilməsəniz o zaman hazırlıq oxumalısınız.

MYÖS imtahanı yeni olduğu üçün sizə ətraflı və dolğun məlumatları növbətli bloq yazılarımızda təqdim edəcəyik.

MYÖS imtahanına ingilis dilində hazırlıq üçün Star Colleges mərkəzlərinə yaxınlaşa bilərsiniz.

Tel:

+994 50 524 33 15
+994 12 526 24 36
+994 12 526 24 46

Ünvan:

Üzeyir Hacıbəyov 57, Port Baku Residence ilə üzbəüz

MYÖS imtahanı nədir? Hərkəsi maraqlandıran suallara cavab

30 thoughts on “MYÖS imtahanı nədir? Hərkəsi maraqlandıran suallara cavab

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.