Polşa, Şərq və Qərbi Avropanın coğrafi və mədəni tərəfdən  kəsişməsinə  xidmət edən maraqlı bir ölkədir.  1000-ildən çox yaşı olan Polşa dövləti,  Şimali Avropanın düz mərkəzində yerləşir. Ölkə, Avropa dövlətləri arasında böyük və İttifaqı  arasında ən vacib üzvlərindən biri kimi mühüm mövqeyə  malikdir. 2007 –ildən Şengen sahəsinə qoşulub. Almaniya, Çexiya, Litva və s. ölkələrlə sərhəd qonşusudur.

Təhsil sistemində  Polşa ən dinamik inkisaf edən ölkələr sırasındadır. Son 12 ildə  tələbələrin sayı 4 dəfə,ali məktəblərin sayı isə 5 qat artmısdır. Hər il demək olar ki, yarım milyon gənc universitet və  kollec təhsilinə başlayır.

Polşa universitetlərində araşdırılan yüksək keyfiyyətli tədqiqatlar  Avropa məkanının ayrılmaz tərkib hissəsidir. Bütün aparıcı ali məktəbleri ingilis dilində  tədris olunaraq tibb, mühəndislik, humanitar, biznes və maliyyə proqqramları təklif edir. Polşa Boloniya prossesində  fəal iştirak edir. ECTS  sayəsində (Avropa Kredit Transfer Sistemi) tələbələr  digər ölkələrdə də təhsillərini davam edə  bilərlər.

Polşada Bakalavr Təhsili

Polşada Azərbaycan vətəndaşları attestatla bir başa bakalavr pilləsinə başlaya bilərlər.  İngilis dilində yetərincə proqram vardır və bakalavr dərəcəsi Polşada ildə sadəcə bir dəfə başlayır. Bakalavr dərəcəsi 4 il davam edir.

Bakalavr dərəcəsinə qəbul üçün aşağidakı sənədlər bizə gətirin:

  • İllik təhsil haqqı 2-6 min avro arası
  • Attestat
  • IELTS 5.5
  • Pasport

Polşada Tibb Təhsili

Polşada iki universitet tibb proqramını ingilis dilində təqdim edir. Varşava universiteti və Jagiellonian University. Polşada tibb təhsili 6 il, diş həkimliyi ixtisası isə 5 ildir.

  • İllik təhsil haqqı 11000 avrodan başlayır
  • Attestat
  • IELTS 6.0
  • Universitetdə Tibb İmtahanı

Polşada Magistr Təhsili

Polşada magistr dərəcəsi 2 il davam edir. Magistr dərəcəsinə qəbul olmaq üçün ona uyğun bakalavr dərəcənizin olması lazımdır. Əgər bakalavrdan fərqli ixtisasda magistr təhsili almaq istəyirsinizsə o zaman MBA ixtisası üzrə təhsil ala bilərsiniz. Proqram dili İngilis dilindədirsə o zaman IELTS və ya TOEFL nəticəsi də lazım olacaqdır.

  • İllik təhsil haqqı 2-5 min avro arası
  • Bakalavr diplomu
  • Bakalavr transkripti
  • Xarici passport
  • IELTS 5.5

Əgər siz daha öncəki təhsilinizi ingiliscə almısınızsa bu zaman hər hansı bir sertifikata ehtiyac yoxdur. Yox əgər nə ingiliscə təhsil almamısınız, nədə dil sertifikatınız yoxdur lakin ingiliscənizə güvənirsinizsə bu zaman universitet əməkdaşı sizinlə skype danışığı edərək bilik səviyyənizi yoxlayacaqdır, bu yoxlanışdan uğurla keçsəniz birbaşa təhsilinizi davam edə bilərsiniz.

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz. (link)