Hal hazırda bir çox tələbənin ağlında olan sualdan biri də SAT imtahanın ləğv olunması və MYÖS imtahanına keçməsi haqqındadır. Bu yazıda sizlərin diqqətinə dəqiq məlumatı çatdıracağıq.

SAT imtahanı ləğv olunmayıb sadəcə Türkiyənin universitetləri bəzi ixtisaslara MYÖS imtahanı ilə qəbul haqqında qərar verdi. Bu fakültələr hansılardır? MYÖS imtahanı ilə Türkiyədə tibb, diş həkimliyi, əczaçılıq, hüquq, müəllimlik, mühəndislik fakültəsində təhsil ala bilərsiniz. Yerdə qalan digər ixtisaslara isə SAT imtahani ilə qəbul ola bilərsiniz. Məsələn biznes, beynəlxalq münasibətlər kimi ixtisaslarda təhsil almaq istəyən və SAT imtahanına hazırlaşan tələbələr MYÖS imtahanı üçün kursa yazılmalarına gərək yoxdur.

SAT imtahanı olduğu kimi davam edir. SAT imtahanına təkcə Türkiyədə təhsil almaq üçün yox bəzi tələbələr Azərbaycanda Ada Universitetinə qəbul üçün, bəziləri Amerikada və ya Avropa ölkələrində təhsil almaq üçün hazırlaşırdılarsa bu tələbələrin narahatçılıq hissinə qapılmasına ehtiyac yoxdur. Çünki MYÖS imtahanı qərarı sadəcə Türkiyə universitetlərinə aiddir.

MYÖS imtahanı və ya MYÖS kursu haqqında sizlərə digər bloq yazımızda tanış ola bilərsiniz. Bloq yazısı linki

SAT imtahanı ləğv olundumu? MYÖS imtahanı nədir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.