UCSAS Xaricdə Təhsil Mərkəzi sizləri Türkiyənin dövlət və özəl universitetlərində attestatla təhsil almağa dəvət edir.

Türkiyədə kimlər attestatla təhsil ala bilər?

– Hal hazırda 11 ci sinifdə təhsil alanlar.
– Orta məktəbi bitirib attestatı əlində olanlar.

Türkiyədə attestatla təhsil neçə ildir?

– Türkiyədə təhsil müddəti 4 ildir.

Türkiyədə attestatla hansı dildə təhsil almaq olar?

– Seçiminizə uyğun olaraq həm türk həm ingilis dilində təhsil mümkündür.

Türkiyədə attestatla hansı ixtisaslarda təhsil almaq olar?

– Türkiyədə attestatla tibb və hüquq ixtisasından başqa istənilən ixtisasda attestatla təhsil ala bilərsiniz.

Türkiyədə təhsil üçün illik ödənişlər nə qədərdir?

– Türkiyənin dövlət universitetlərində illik təhsil haqqı 100-800 dollar arası, özəl universitetlərində isə 1500 dollardan başlayır.

Türkiyədə attestatla təhsil almaq istəyiriksə heçbir imtahan vermirik?

– Sizin qəbulunuz imtahansızdır lakin bir illik əlavə dil hazırlığı oxumamanız üçün türk dilindən tys imtahanı verməlisiniz. TYS imtahanlarını UCSAS Xaricdə Təhsil Mərkəzi sizə yardımçı olacaqdır.

Türkiyədə dərslər nə zaman başlayır?

– Türkiyədə bakalavr təhsili sentyabr ayından başlayır.

Türkiyədə attestatla təhsil almaq istəyiriksə nə zaman sənəd qəbulu olur?

– Sənəd qəbulu yanvar ayından başlayır yerlərin dolmasına qədər davam edir.

UCSAS şirkəti tələbələrə hansı xidməti təqdim edir?

– Biz UCSAS Xaricdə Təhsil Mərkəzi olaraq tələbəyə ixtisas və universitet seçimi, sənədlərin hazırlanması, universitetə qeydiyyatın aparılması, tələbələri qrup halında Türkiyəyə aparmaq, universitetlə tanışlıq, qalınacaq yataqxananın tapılması, oturum izni və sığortaya köməklik kimi xidmətlərimiz var.

Əlaqə

0505243315
0513951128

Ünvan. Əlibay Hüseynzadə 71 Nizami metrosu yaxınlığı

https://www.youtube.com/watch?v=IkYkVx3LJzA&t=6s

Türkiyədə attestatla təhsil

13 thoughts on “Türkiyədə attestatla təhsil

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.