Yaponiya haqqında maraqlı məlumatlar əldə etmək istəyənlərin olduğunu düşünərək belə paylaşım etmək qərarına gəldim. Ümid edirəm, hər kəsə faydalı olar.
1. İlk öncə Yaponiyada təhsildən başlayaq. Yaponiyada oxumaq arzusunda olanlara şad xəbər. Yaponiyanın təqaüd proqramları açılıb. Yaponiyada kollec, bakalavr, magistr, doktorantura oxumaq istəyənlər bu linkə daxil ola bilər. Qeyd edim ki, təhsil haqqını və digər xərcləri Yaponiya özü qarşılayır.
2. Tez-tez “Yapon dili çətindir? Onlarda neçə hərf var? ” deyə sorğu-suala tutuluram. Əslində özümə xoşdur. Lakin cavablar ilə qane olmayanlar üçün ətraflı linkdə var:
3. “Yaponiya bahalı ölkədir. Orda necə baş aça bilərik?!” Yaponiyada işləmək və ya yaşamaq istəyənləri də unutmadım. Yaponiyada hal-hazırda işləyən, yaşayan şəxslərin canlı intervyularını izləyə və ya oxuya bilərsiniz.
YouTube kanalında izləmək üçün:
4. Keçək hamını narahat edən suala. “Yaponlar ilan-qurbağa yeyirmi?” Yaponlar dəniz məhsulları ilə qidalanır. Dənizdən çıxan hərşeyi yeyirlər. Yenə də cavabım ilə razı deyilsinizsə, yapon yeməklərinin reseptləri ilə tanış ola bilərsiniz:
5. Yapon dilində onlayn kitab oxumaq istəyənlər, ödənişsiz kitabları yükləyə və ya oxuya bilərsiniz.
6. Elə hazır evdəyəm, Karantin vaxtımı dəyərləndirmək istəyirəm deyənlər üçün də dərsliklər var:
7. Və bitmədi! Yapon dili öyrədən ən yaxşı YouTube kanallarının linki:
Uğurlar! Suallarınız yaranarsa yaza bilərsiniz.
Yaponiyada təhsil

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.