Niyə Macarıstan?
- Avropa Birliyi və dünyanın digər ölkələrindən tələbələrin universitet təhsili üçün üstün tutduğu önəmli ölkələrdən biridir;
- Macarıstan Avropa ölkələri arasında ən yaxşı təhsil verən 5 ölkədən biridir;
- Bakalavr təhsili 3 illikdir;
- Təhsil dili ingilis və macar dilləridir;
- Macarıstanda məzun olduqdan sonra xarici tələbələr 1 il işləmək və yaşamaq hüququna malikdirlər.
- Macarıstan universitetlərində bir yarımil oxuduqdan sonra universitetlərarası Erasmus və Sokrates tələbə dəyişimi proqramları vasitəsilə Avropanın hər hansı bir ölkəsində ödənişsiz universitet təhsili almaq imkanı.
Təhsil və yaşayış xərcləri
- Təhsil haqqı: universitet və fakültədən asılı olaraq illik €3.000-11.000
- Yaşayış xərcləri: ortalama €600
Əməkdaş universitetlər
- University of Debrecen – Beynəlxalq dərəcədə tanınmış və prestijli bir universitetdir. Tibb sahəsində çox məşhurdur. Tibbdən əlavə Mühəndislik, İdarəetmə, Sosial Elmlər, Humanitar Elmlər və digər bir çox sahələrdə təhsil verir.
- Corvinus University of Budapest – Akademik uğurları, beynəlxalq akademik bağlantıları ilə dünyada tanınmış, Macarıstanda isə yüksək səviyyəli universitetlərdən biridir. Beynəlxalq İdarəetmə, Sosiologiya, Qida Mühəndisliyi və digər sahələrdə təhsil ala bilərsiniz.
- University of Szeged – Macarıstan və Orta Avropanın ən önəmli universitetlərindən biridir. Tibb sahəsində çox məşhurdur. Tibbdən əlavə Kənd Təsərrüfatı, İncəsənət, İqtisadiyyat və Biznes Adminstrasiyası, Musiqi, Elm və İnformatika sahələrində təhsil ala bilərsiniz.