Xaricdə təhsillə bağlı suallarınızı aşağıda yazmaqla mütəxəssislərimiz tərəfindən ətraflı cavab ala bilərsiniz.

UCSAS subagentlikləri vasitesi ilə 20 dən çox ölkədən beynəlxalq tələbə qəbulunu aparmaqdadır. UCSAS ın esas məqsədi tələbə və valideynlər üçün xarici universitetlərə tələbə qəbulunu həyata keçirməklə yanaşı, tələbələrimiz məzun olana qədər və məzun olduqdan sonra karyera qurulmasına dəstək verməkdədir.

UCSAS fərqi olaraq biz tələbələrimizə oxudugu müddət ərzində güclü kadr olması üçün staj, mübadilə programları, yaz məktəbləri, sertifikat programları kimi layihələrdə iştirakına dəstək verməkdəyik. Bizimlə xaricdə təhsil alan hər bir tələbə məzun olana qədər UCSAS diqqətini və dəstəyini hiss edəcəkdir.

 

Sual-Cavab

40 thoughts on “Sual-Cavab

  • Salsm mənim sualım xarici ölkədə magistr təhsili ilə bağlıdı.Mən Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyst fakeltəsi Ekologiya ixtisası üzrə təhsil alıram.Magistr üzrə bu fakültə və bu ixtisasla hansı xarici universitetdə həm təqaüdlü həm səmərəli şəkildə təhsilimi davam edə bilərəm?
    Və bunun üçün tələblər nədi?
    Əvvəlcədən təşəkkürlər

    1. Salam

      Beli sizin ekologiya ixtisası üzrə xaricdə təqaüdlü təhsil ala bilərsiniz. Bunun üçün bakalavr ortalama balınız yüksək və dil sertifikatınız olmalıdır. Əlavə sertifikatlar və iş təcrübəsi üstünlük təşkil edir.

      xaricdə təhsil üzrə təqaüd programlarında fərqli tələblər olduğu üçün ümumi bu meyarları qeyd etdim. Xaricdə təshsillə bağlı əlavə suallarınız olarsa buyurub yaza bilərsiniz.

  • Salam Istanbul sheherinde private kurslarin ve ya Universitetlerin teshkil etdiyi beynelxalg sertifikatlarla temin eden 6 aylig ve ya 1 illik kurslarla maraglaniram. Ixtisas – interyer dizayn – turkce ich mimarlik. Bakalavr ve ya magistrla maraglanmiram, sadece ixtisaslashma kursu.

    1. salam bəli xaricdə qısa müddətlı ixtisas kursları mövcuddur. Zəhmət olmasa təhsil üçün ayıra biləcəyiniz minimum və maksimum büdcəni yazsanız sabah sizə təklif göndərə bilərik.

  • Salam.Hal-hazırda ingiliscə biznesin idarə edilməsi (1ci kurs) oxuyuram.Gələcəkdə IT yönümlü təhsil almaq istəyirəm(proqramist). Kibertəhlükəsizlik fakultəsi öncəliyimdir.Təqaüdlə təhsil nə dərəcədə mümkündür?Dövlət təqaüdlü xaricdə təhsil mümkündürmü? təşəkkürlər.

    1. salam xaricdə İT sahəsi üzrə təqaüdlər çox təklif olunur. Siz xaricdə təhsil programlarına yaxşı olarkı gələn ildən müraciət edəsiniz. İxtisasınız üzrə Çin İtaliya Polşa Macarıstan və Türkiyədə təhsil ala bilərsiniz.

      Xaricdə təqaüdlü təhsili qazanmanız üçün yüksək GPA və dil sertifikatınız olması üstünlükdür. Oktyabr ayından xaricdə təhsil təqaüd programlarını araşdırıb müraciət edə bilərsiniz.

      Xaricdə təhsil programları ilə bağlı suallarınız olarsa buyurub yaza bilərsiniz.

  • Men hal hazirda unecde Azerbaycan dilinde iqtisadiyyat oxuyuram gpa 97,4 ingilis dili upperdi avqusta filan ielts almaq isteyirem inşAllah,courseradan 4 sertifikatim var 3 ay da internshipde olmusham İqtisadi islahatlarin tehlili ve kommunikasiya merkezinde,Google Emea sertifikatim da var digital marketingle bagli, Bilmirem lazim olar ya yox amma Men Azerbaycanliyam milli bilik yarishmasinin da qalibi olmusham,full scholarshiple gelen il magistre muraciet etmek isteyirem,bu gostericilerle hansi scholarshipleri qazana bilerem maximum seviyyede xercleri qarshilayan ve meblegi yaxshi.Eger scholarship qazanma ehtimalim olarsa ieltse bashlayib avqustda filan imtahan vermek isteyirem İnşAllah

    1. Salam Elməddin bəy

      Əlbəttə xaricdə təqaüdlə qəbul olma şansınız yüksəkdır. Mütləq İELTS alıb ən gec oktyabr ayından sənədləri hazırlayın. Macarıstan Çin təqaüdlərini qazanma şansınız yüksəkdir.

      Xaricdə təqaüdlü təhsillə əlaqəli başqa sualınız olarsa yaza bilərsiniz.

  • Salam.Mən Bdu kimya ixtisasında oxuyuram.Xaricdə bu ixtisas üzrə təqaüdlə təhsil almaq istəyirəm.Səvhim olduki ortalamam yüksək deyil.Sadəcə ielts balı ilə təqaüdlə oxuma şansım varmı?

    1. Salam

      Xaricdə təqaüdlə təhsil almanız üçün əsas ortalama bal əsasdır təbiiki amma yenədə ümidinizi üzməyin. Həm dil sertifikatı xaricdə təqaüdlü təhsili qazanmanıza kömək edəcək həmçinin ixtisasınız perspektivlidir. Polşa Macarıstan və Türkiyəyə qəbul ola bilərsiniz.

  • Salam,Hər vaxtınız xeyir. Mən Avstriyada təhsillə maraqlanıram,BDU-da 1-ci kurs bakalavr təhsili alıram . Viyana Universitetində psixologiya magistr təhsili üçün hansı şərtlər var ,məsələn qəbul olmaq üçün nələr tələb olunur və təhsil haqqı nə qədərdir? Təşəkkürlər.

    1. Salam

      Tək Avstriya üçün yox ümumi bütün ölkələr üçün yüksək ortalama bal və dil sertifikatı tələb olunur. Vyana Universitetində təhsil pulsuz olduğu üçün rəqabət bir o qədər çoxdur sizin güclü essey və motivasıya məktubuna ehtiyacınız olacaq.

  • Salam.subbakalavıram ixtisasım peşə təlimi ( texnologiya) müəlimliyidi.türkiyədə təhsil ala bilərəmmi?Ancaq öz ixtisasım üzrə deyil hüquq maliyə kredit bank sığorta əczaçılıq ixtisaslarından biri üzrə təhsil ala bilərəmmi? Birdə illik ödənişlər minimum nə qədərdir birdə universtetlər haqqındada ətraflı məlumat verərdiz.

    1. salam

      Əgər 11 illik attestatınız varsa Türkiyədə attestatla təhsil ala bilərsiniz.

      Türkiyədə dövlət universitetlərinin təhsil haqqı 500-3000 tl arası, özəl universitetlərin təhsil haqqısı 2000 dollardan başlamaqdadır.

      Türkiyə universitetlərinə sənəd qəbulu ilə bağlı müraciət edə bilərsiniz 050 524 33 15

  • Salam mən ielts amlağı düşünürəm amma ielts almağım dekabrda mümkün olacaq səviyyəm zəifdir deyə.lakin deyirlər ki dekabrda ielts alsam sonra təqaüdlər üçün müraciət edə bilmiyəcəm.bakalavr ixtisasım ingilis dilindədir.həqiqətən dekabrdan sora təqaüdlərə müraciət edə bilmərəm ?

  • Birdə zəhmət olmasa deyə bilərsiz.əvvəlcədən hesabda pul tələb etməyən hansı ölkələr var.məsələn italiya hesabda pul istiyir,norveçdə 12 min euro tələb edir hesabda.avropada hansı ölkələr hesabda pul istəmir ?
    Və birdə əgər təqaüd qazansam bu ölkələr yenədə hesabda pul istiyəcəklər ya daha ehtiyac qalmayacaq ?

  • Salam.
    Mən Türkiyəni Çıxmaq şərti ilə üçün Xaricdə Jazz Musiqi Üzrə ödənişsiz təhsil almaq istəyirəm..2021 də getməyi planlaşdırıram.
    Maraqlandığım Ölkələr Kanada , Almaniya , Polşa Və.s
    Təhsilim:Orta Məzun (11)
    İxtisasım:Piano(7 illik )

    Suallarım
    1) Sadəcə 7 İllik Sənədlə Ödənişli Polşaya Gedə biləcəyimi dedilər Ama ödənişsiz 12 il..Bu nə qədər düzdür

    2)əgər ki 7 illik Sənədlə getmək alınırsa , Saydığım Ölkələr arasından Hansına Daha asand Təqaüdlə Ödənişsiz Gedə bilərəm

    3) bütün Tələblər’i nədir ?

    4) işdi Təqaüdə düşə bilməsəm Ödənişli Gedə Bilərəmmi ?

    demək Olar ki 4-5 Xaricdə təhsil səhifələrinə yazmışam Hamısından sözü Kəlbətinlə alıram..heçbiridə Axıra qədər yazmır , ayağlarına çağırır..Xahiş edirəm Oxuyub Bilən Kəs’lər Sualımı görüb keçməsin

    1. Salam Kenan bəy

      Əlbəttə xaricdə təqaüdlü təhsil ala bilərsiniz. Yaxşı olarkı gələn ilə qədər İELTS nəticəsi də əldə edin ki şansınız yüksək olsun.

      Polşa 12 illik təhsil yox 11 illik təhsildən müraciət edə bilərsiniz. Həmçinin Kanadaya da eynidir. Lakin Almaniya üçün 12 illik təhsil lazımdır.

      Təqaüd programlarının minimal tələbi olmur lakin sizin məktəb qiymətləriniz, sertifikatlarınız, motivasiya məktubunuz önəm daşıyır.

      Digər sualınız əgər təqaüd qazanmasanız əlbəttə öz hesabınıza təhsil ala bilərsiniz.

      Suallarınız yene yaranarsa bizə yazın məmnuniyyətlə cavablayacağıq.

  • Salam. Mən magistrdə İndustrial Psychology/Human resources ixtisası üzrə təhsil almaq istəyirəm. İelts 6.5 ilə, ortalamam 90.5 ilə hansı unilərə, ölkələrə müraciət edə bilərəm? (İlliyi münasib, yaşam xərcləri çox olmayan).
    İndidən təşəkkürlər

    1. Salam Turkiyede tehsil almaq isteyirsinizse siz ya orta mektebi bitirmelisiniz ve ya 11 ci sinifde oxumalisiniz. Turkiyede tehsil ucun lazim olan senedlere attestat yoxdursa mektebden arayis, transkript, xarici pasport, foto sekil lazimdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.