ABŞ səfirliyi 2021-2022 tədris ilində ABŞ-da magistr təhsili almaq istəyənlər üçün “Fulbright” Xarici Tələbə Proqramına ərizə qəbuluna start verib.

Dünyanın ən nüfuzlu təqaüd proqramlarından biri olan “Fulbright” universitet məzunlarına ABŞ ali təhsil müəssisələrində pulsuz magistr dərəcəsi əldə etmək imkan verir.

 

Namizədlərə olan tələblər:

Müraciətçilər Azərbaycan vətəndaşı olmalıdırlar, digər ölkələrin vətəndaşları bu təqaüd proqramına qeydiyyatdan keçə bilməzlər;

Müraciət edən şəxslər hazırda Azərbaycanda yaşamalıdırlar;

Öz ixtisaslarına uyğun ən azı 2 il ardıcıl tam iş təcrübələri olmalıdır.

 

Sənəd qəbulu üçün son tarix 28 iyun 2020-ci ildir.

Amerikada təqaüdlü təhsil

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.